"Əl-Nəsr" və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Portuqaliyada bütün zamanların ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, 40 yaşlı superulduz Portuqaliya Çempionatının mükafatlandırma mərasimində bu ada layiq görülüb.
Portuqaliyalı forvard mükafata görə minnətdarlığını ifadə edib: “Bu ada məni layiq gördüyünə görə Primeyraya təşəkkür edirəm. Belə bir mükafat qazanmaq mənim üçün böyük qürurdur. Karyeram boyunca mənə dəstək olan bütün komanda yoldaşlarıma, məşqçilərə və daha yaxşı olmağım üçün mənə yardım edən hər kəsə minnətdaram”.
Qeyd edək ki, Ronaldo peşəkar karyerası ərzində “Sportinq”, “Yuventus” və “Mançester Yunayted” kimi klubların da formasını geyinib.
- “Çelsi” qocalar evinə çevrilir" – Azarkeşlərdən sərt reaksiya
- Salahın “Beşiktaş”a keçidi niyə baş tutmadı? – Səbəb bəlli oldu
- ÇSKA-nın sabiq futbolçusu: “Qarabağ”ı şişirdiblər”
- Şalai məğlubiyyətdən sonra danışdı – "Ən yaxşı vəziyyətimizdə deyilik"
- Emmanuel Addainin yeni klubu bəlli olub – Belçikaya yollandı