
"Əl Nəsr”in ulduzu Kriştiano Ronaldo “Portugal Football Globes 2025”də “Globe Prestígio” mükafatına layiq görülüb.
Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz mükafatlandırmadan sonra karyerası ilə bağlı danışıb:
“Bir neçə il daha oynamaq istəyirəm, aydındır ki, bu çox uzun çəkməyəcək... Dürüst olmalıyam. Hələ də yaxşı işlər görürəm, klubuma və milli komandama kömək edirəm. Niyə də davam etməyim? Bilirəm ki, çox ilim qalmayıb, amma bu anların dadını çıxarmaq, qalan vaxtda futbol oynamaqdan maksimum zövq almaq istəyirəm.”
Xatırladaq ki, Ronaldo Portuqaliya millisinin oktyabr oyunları üçün heyətinə çağırılıb. 2026 Dünya çempionatının seçmə mərhələsində İrlandiya və Macarıstanla matçlar öncəsi təcrübəli forvard baş məşqçi Roberto Martinesin siyahısında yer alıb.
Qeyd edək ki, Ronaldo 2025-in yayında “Əl Nəsr”lə müqaviləsini 2027-yə qədər uzadaraq Səudiyyə Ərəbistanında qalacağını təsdiqləmişdi.