Ronaldo rekordunu yenilədi
09.06.2025 - 11:18

Ronaldo Portuqaliya millisində 138-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının İspaniya ilə final matçında fərqlənib. Ronaldo bununla da milli komandada ən çox qol vuran futbolçu rekordunu yeniləyib.
Yığmasında ən çox qol vuran ikinci oyunçu isə Lionel Messidir. O, Argentina millisində 112 qol vurub.
0
0