Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo UEFA Millətlər Liqasındakı qələbə münasibətilə komanda yoldaşlarına xüsusi hazırlanmış saatlar hədiyyə edib.
Apasport.az xəbər verir ki, 40 yaşlı superulduz zinət əşyalarını yaxın dostu, məşhur zərgər Ceykob Araboya şəxsi sifarişlə hazırladıb.
Saatlar Dünya Çempionatı–2026-nın seçmə mərhələsində Ermənistanla keçirilən matçdan əvvəl futbolçulara təqdim olunub. Hədiyyələrdən biri isə avtoqəza nəticəsində həlak olan Dioqo Jotanın ailəsinə verilib.
Hər bir saatın qiyməti 160 min dollar (təxminən 272 min manat) təşkil edir.
Qeyd edək ki, Portuqaliya millisi 2025-ci ilin iyununda UEFA Millətlər Liqasını iki dəfə qazanan ilk komanda olub.