Ronaldonun dəyəri kəskin düşdü – 120 milyondan...
04.06.2026 - 17:28
Ronaldonun dəyəri kəskin düşdü – 120 milyondan...

Kriştiano Ronaldonun bazar dəyəri yenilənib.

Apasport.az xəbər verir ki, "Transfermarkt" portuqaliyalı hücumçunun qiymətini aşağı salıb.

Yeni dəyərləndirməyə əsasən, “Əl-Nəsr”in ulduz futbolçusunun bazar dəyəri 10 milyon avroya düşüb. Bu, 41 yaşlı futbolçunun karyerasındakı ən aşağı göstəricilərdən biridir.

Ronaldonun Transfermarkt-da ən yüksək bazar dəyəri 120 milyon avro olub. Portuqaliyalı ulduz bu göstəriciyə “Real”da çıxış etdiyi dönəmdə çatıb.

Buna baxmayaraq, Ronaldo Səudiyyə Ərəbistanı çempionatında ən dəyərli futbolçular sırasında qalır. O, hazırda liqanın ən bahalı futbolçuları arasında 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Kriştiano Ronaldo 2025/2026 mövsümündə “Əl-Nəsr”lə Səudiyyə Ərəbistanı çempionu olub. Portuqaliyalı hücumçu mövsümü 28 qolla başa vurub. Bu göstərici ilə o, çempionatın bombardirləri siyahısında ilk üçlükdə yer alıb.