“Sabah”ın sabiq futbolçusu karyerasını bitirib
22.05.2025 - 09:36
“Sabah”ın sabiq futbolçusu karyerasını bitirib

 

“Sabah”ın sabiq futbolçusu Kristian Sebalyos karyerasını bitirib.

Apasport.az xəbər verir ki, bu barədə 32 yaşlı oyunçu sosial şəbəkə hesabında paylaşım edib.

Son klubu “Sabah” olan Sebalyos bundan öncə Belçikada “Sent-Trüden”, Qətərdə “Qətər”, “Əl Vakra”, İngiltərədə “Tottenhem”, “Çarlton” kimi klublarda forma geyinib.