Sabiq "Fənər"li "Amedspor"da - RƏSMİ
11.09.2025 - 12:12
"Fənərbaxça"nın sabiq futbolçusu Hasan Ali Kaldırımın taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, karyerasını Türkiyə I Liqasında davam etdirəcək.
Sol cinah müdafiəçisi "Amedspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü olan Hasan son olaraq "Kayserispor"da çıxış edib.
- “Çelsi” qocalar evinə çevrilir" – Azarkeşlərdən sərt reaksiya
- Salahın “Beşiktaş”a keçidi niyə baş tutmadı? – Səbəb bəlli oldu
- ÇSKA-nın sabiq futbolçusu: “Qarabağ”ı şişirdiblər”
- Şalai məğlubiyyətdən sonra danışdı – "Ən yaxşı vəziyyətimizdə deyilik"
- Emmanuel Addainin yeni klubu bəlli olub – Belçikaya yollandı
0
0