Sabiq “fənər”li “Brayton”da noyabrın ən yaxşısı seçildi
18.12.2025 - 19:21
İngiltərənin “Brayton” klubunda noyabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu mükafata Türkiyə millisinin üzvü və “Fənərbaxça”nın sabiq futbolçusu Ferdi Kadıoğlu layiq görülüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi ötən ay 26 yaşlı sol cinah müdafiəçisinin iştirak etdiyi 4 rəsmi oyunda 3 qələbə və 1 heç-heçə əldə edib.
Qeyd edək ki, “Brayton” Ferdi Kadıoğlunu 2024-cü ildə “Fənərbaxça”dan 30 milyon avro qarşılığında transfer etmişdi.
0
0