Sabiq "Fənərli" İspaniya yolunda
16.07.2025 - 12:47
Sabiq "Fənərli" İspaniya yolunda

Sabiq "Fənər"li Duşan Tadiç karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, son klubu “Fənərbaxça” olan serbiyalı yarımmüdafiəçi “Atletiko” ilə anlaşıb.

Bu barədə “Telegraf” nəşri məlumat yayıb.

Tadiçin bu həftə Madridə gedərək klubla müqavilə imzalayacağı bildirilir.