Türkiyə Super Liqası təmsilçisi “Kasımpaşa” Attila Szalai ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, İstanbul klubu 27 yaşlı müdafiəçi ilə yollarını ayıracaq.
Bu barədə tanınmış insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin sözlərinə görə, komanda macar futbolçunun çıxışından narazıdır və yaxın günlərdə onunla olan müqaviləyə xitam veriləcək.
Qeyd edək ki, “Kasımpaşa” Attila Szalaini mövsümün əvvəlində Almaniyanın “Hoffenhaym” klubundan bir illik icarə əsasında heyətinə qatmışdı.
Qeyd edək ki, Macarıstan millisinin üzvü daha əvvəl “Rapid”, “Fənərbaxça” və “Frayburq” kimi klubların da şərəfini qoruyub.
- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq