Sabiq "Qalatasaray"lı klubsuz qalıb
03.07.2025 - 21:56
Sabiq "Qalatasaray"lı klubsuz qalıb

Tanınmış futbolçu Radamel Falkao “Millonarios”dan ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı futbolçu ilə başa çatan müqavilənin yenilənmədiyi bildirilib. Falkao 2024-cü ilin iyunundan bu klubda çıxış edirdi. O, “Millonarios”un heyətində ümumilikdə 29 oyunda 11 qol vurub.

Daha çox “Porto”, “Atletiko” və “Monako”dakı çıxışı ilə tanınan Kolumbiya millisinin sabiq üzvü 2019-2021-ci illərdə “Qalatasaray”da da forma geyinib.