Sabiq “Real”lı Bundesliqa klubunda - RƏSMİ
27.08.2025 - 09:13
"Real"dan ayrılan Lukas Vaskesin yeni klubunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
34 yaşlı sağ cinah müdafiəçisi "Bayer"lə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Vazkez Leverkuzen təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü ötən mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 53 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU
0
0