Sabiq “Yuventus”lu yenidən A Seriyasında - RƏSMİ
20.07.2025 - 09:27
Sabiq “Yuventus”lu yenidən A Seriyasında - RƏSMİ

"Yuventus"un sabiq üzvü Federiko Bernardeski A Seriyasına qayıdıb.

Apasport.az xəbər verir ki, futbolçu “Bolonya”ya azad agent kimi qoşulub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb. İtaliya millisinin üzvü yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Bernardeski son olaraq MLS-də “Toronto”nun formasını geyinib.