Salah ən yaxşı adına layiq görüldü
24.05.2025 - 17:29

"Liverpul"un hücumçusu Məhəmməd Salah daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasında 2024/25-ci illər mövsümünün ən yaxşı oyunçusu seçilib
2017/18 mövsümündə də bu ada layiq görülən misirli futbolçu Tyerri Anri (Fransa), Kriştiano Ronaldo (Portuqaliya), Nemanya Vidiç (Serbiya) və Kevin De Bruynenin (Belçika) nailiyyətini təkrarlayıb.
2024/25 mövsümündə "Liverpul"un heyətində Premyer Liqa çempionu olan Salah 37 oyununda 28 qol vurub və 18 məhsuldar ötürmə edib.
0
0