Hazırda karyerasını “Əl-Hilal”da davam etdirən Sergey Milinkoviç-Saviç yenidən İtaliyaya qayıda bilər.
Apasport.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi ilə “Yuventus” yaxından maraqlanır.
Bu barədə “Tutto Sport” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “qoca sinyora” 30 yaşlı futbolçunun transferi üçün yanvar ayında “Əl-Hilal” klubuna rəsmi təklif göndərəcək.
Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatan Saviçin özü də İtaliyaya qayıtmaq fikrinə müsbət yanaşır.
Qeyd edək ki, “Əl-Hilal” Serbiya millisinin üzvünü 2023-cü ilin yayında “Latsio”dan 40 milyon avro qarşılığında transfer edib.
- Spallettidən Martinez açıqlaması – "Hazırda iki qapıçımız var"
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi