"Siti" braziliyalı ilə yeni müqavilə imzalayacaq
26.09.2025 - 13:36
"Mançester Siti" Savinyo ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Apasport.az xəbər verir ki, “şəhərlilər” braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.
Bu barədə “The sun” nəşri məlumat yayıb.
Tərəflər arasında ilkin razılığın olduğu bildirilir. Müqavilənin uzunmüddətli olacağı iddia edilir.
Qeyd edək ki, Savinyonun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa klubu ilə çıxış etdiyi 7 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
- "Çorum" daha bir ulduzu gətirir – 20 milyonluq hücumçu
0
0