“Siti” braziliyalı üçün 50 milyon ödəməyə hazırdır
15.02.2026 - 14:46
“Siti” braziliyalı üçün 50 milyon ödəməyə hazırdır

“Roma”nın müdafiəçisi Uesli karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Mançester Siti" braziliyalı oyunçu ilə yaxından maraqlanır.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, “şəhərlilər” 22 yaşlı sağ cinah müdafiəçisi üçün 50 milyon avro ödəməyə hazırdır. 

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm "Roma"nın heyətində 29 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun A Seriyası təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.