"Siti" onu buraxmaq istəmir - MÜQAVİLƏ YENİLƏYƏCƏK
05.08.2025 - 14:46
"Siti" onu buraxmaq istəmir - MÜQAVİLƏ YENİLƏYƏCƏK

Sonuncu "Qızıl top"un sahibi Rodri "Mançester Siti" ilə yeni müqavilə imzalamağa yaxındır.

Apasport.az xəbər verir ki, “şəhərlilər” müqaviləsi 2027-ci ildə başa çatacaq ispaniyalı yarımmüdafiəçini komandada saxlamaq niyyətindədir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər 2029-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə üzərində razılığa gəliblər.

Qeyd edək ki, İspaniya millisinin üzvü olan Rodri 2019-cu ildən "Mançester Siti"nin formasını geyinir. O, bu müddətdə komandanın heyətində 265 rəsmi oyunda iştirak edərək 26 qol vurub və 32 məhsuldar ötürmə ilə yadda qalıb.