Şkrinyarın taleyinə aydınlıq gəldi: "Fənərbaxça"ya qayıdır
28.07.2025 - 10:10

PSJ-nin müdafiəçisi Milan Şkrinyarın taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, yenidən Türkiyəyə yollanacaq.
30 yaşlı futbolçu "Fənərbaxça" ilə danışıqlar aparır.
PSJ arxa xətt oyunçusunu bu həftə İstanbula yollaya bilər. Keçidin icarə, yoxsa tamhüquqlu transfer kimi baş tutacağı hələ ki, bəlli deyil.
Xatırladaq ki, Şkrinyar 2025-ci ilin yanvarından iyul ayına kimi Türkiyə klubunda icarə əsasında çıxış edib. Bu müddət ərzində o, 23 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0