Slot ən yaxşı adına layiq görülüb
12.09.2025 - 16:03
Slot ən yaxşı adına layiq görülüb

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, "Liverpul"un təcrübəli mütəxəssisi Arne Slot bu mükafata layiq görülüb.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, "Liverpul" Slotun rəhbərliyi ilə Avqustda Premyer Liqada 3 oyunun hamısında qələbə qazanıb.