Şota Arveladze yenidən Türkiyəyə qayıda bilər
24.06.2025 - 23:32
Daha əvvəl xəbər verdiyimiz kimi, “Kasımpaşa” baş məşqçi Burak Yılmaz ilə yollarını ayırmışdı.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda bu vəzifə üçün axtarışlarını davam etdirir.
Türkiyə mətbuatının yaydığı məlumata görə, klub gürcüstanlı keçmiş futbolçu və məşqçi Şota Arveladze ilə danışıqlar aparır.
İddialara əsasən, klub 52 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalamağı planlaşdırır.
Qeyd edək ki, Şota Arveladze 2012–2015-ci illər arasında da “Kasımpaşa”nın baş məşqçisi olub.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
1
0