"Spartak" Türkiyədən iki futbolçu ilə maraqlanır
01.08.2025 - 18:21
“Spartak” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub Türkiyə Super Liqasından iki futbolçu ilə maraqlanır.
Moskva təmsilçisi Aleksander Ciku və Karlos Kuestanı heyətinə qatmaq istəyir.
“Spartak” hər iki futbolçunu icarəyə götürməyi planlaşdırır.
30 yaşlı Cikunun“Fənərbaxça” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Kuesta isə 2028-ci il iyunun 30-na qədər “Qalatasaray”a məxsusdur.
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
0
0