“Sportinq”də yeni müqavilə - RƏSMİ
03.05.2026 - 10:54
Portuqaliyanın "Sportinq" klubu baş məşqçi Ruy Jorje ilə yola davam edəcək.
Apasport.az xəbər verir ki, Lissabon təmsilçisi portuqaliyalı mütəxəssisin müqaviləsinin müddətini uzadıb.
Bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı çalışdırıcı ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Ruy Jorje 2024-cü ilin dekabrında "Sportinq"in baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda Portuqaliya çempionatında 31 turdan sonra 73 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0