Suarez 6 oyunluq CƏZALANDIRILIB
06.09.2025 - 16:42
Suarez 6 oyunluq CƏZALANDIRILIB

“İnter Mayami” və Uruqvay yığmasının hücumçusu Luis Suarez 6 oyunluq diskvalifikasiya olunub.

Apasport.az xəbər verir ki, buna səbəb 38 yaşlı futbolçunun Liqalar Kubokunun finalında 0:3 hesablı məğlubiyyətdən sonra “Sietl Saunders”in əməkdaşlarından birinə tüpürməsidir.

Hadisə barədə qurumun mətbuat xidməti rəsmi açıqlama yayıb.

Suarez oyundan sonra texniki zonaya yaxınlaşaraq rəqib komandanın nümayəndəsinə tüpürüb, daha sonra isə davranışına görə üzr istəyib.

Qeyd edək ki, insident nəticəsində “Sietl Saunders”in məşqçisi Stiven Lenhart (5 oyun), eləcə də “İnter Mayami”nin futbolçuları Tomas Aviles (3 oyun) və Serxio Buskets (2 oyun) də diskvalifikasiya olunub.