Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb
05.10.2025 - 17:25
Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az xəbər verir ki, “Eyüpspor” klubu Selçuk Şahinlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Qeyd edək ki, Selçuk Şahin mövsümün əvvəlində “Eyüpspor”un baş məşqçisi təyin olunmuşdu. İstanbul təmsilçisi Super Liqada 8 turdan sonra 5 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.