Super Liqada baş məşqçi istefası gerçəkləşib
25.02.2026 - 11:23
Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib.
Apasport.az xəbər verir ki, “Kayserispor” Radomir Caloviçlə yollar ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Artıq Caloviçi bu vəzifədə əvəz edəcək baş məşqçinin adı məlum olub. Rəhbərlik bu posta Erlinq Mo ilə anlaşıb. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Qeyd edək ki, “Kayserispor” XXIII turun yekununda çempionatda 19 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
0
0