Tanınmış futbol şərhçisi Sabri Ugan vəfat edib
25.06.2025 - 15:31
Tanınmış türk şərhçi Sabri Ugan vəfat edib.
Apasport.az xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyinə qarşı mübarizə aparan Sabri Ugan bu gün dünyasını dəyişib.
62 yaşlı təcrübəli şərhçi İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
O, xüsusilə “TRT Spor” və digər telekanallardakı şərhləri ilə tamaşaçıların yaddaşında qalmışdı.
Qeyd edək ki, Sabri Ugan son dövrlərdə xəstəliklə əlaqədar ekranlardan uzaq düşmüşdü.
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
0
0