Tedesko almaniyalı futbolçunu komandasında görmək istəyir
16.10.2025 - 23:26
“Bavariya”nın üzvü Leon Qoretska karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” almaniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko 30 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir.
“Sarı-lacivərdlilər” oyunçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Leon Qoretskanın “Bavariya” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
- Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı
- “Everton”dan ayrıldı - yeni klubu bəlli oldu
0
0