Ter Ştegen qərarını verib
19.12.2025 - 14:56
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yanvar transfer pəncərəsində komandasını dəyişmək niyyətində deyil.
Apasport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Almaniyalı qolkiper cari mövsümdə ciddi oyun praktikası çatışmazlığı yaşayır. Hans-Diter Flikin rəhbərlik etdiyi məşqçilər heyəti əsas etimadı Xuan Qarsiyaya göstərir. Buna baxmayaraq, Ter Ştegen mövsümün sonuna qədər “Barselona”da qalmağa hazırdır.
33 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, 2014-cü ilin yayından “Barsa”nın şərəfini qoruyur.
- İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzalayıb
- Eçeverrinin Almaniya macərası qısa çəkdi
- “Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır
- "Çelsi" və "Arsenal" "Yuventus"un ulduzu ilə danışıqlar aparır
- “Samsunspor” “Maynts”a uduzdu, KL-də günün nəticələri - YENİLƏNİB
0
0