Tərəflər arasında danışıqlar dayandırıldı: KUESTA YENİDƏN İSTANBULDA
26.08.2025 - 15:48
"Qalatasaray"ın futbolçusu Karlos Kuestanın taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, "Spartak"a transfer olunmayacaq.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, müdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Moskvaya yollanıb. Lakin tərəflər arasında danışıqlar prosesi dondurulub.
Bu səbəbdən Kuesta yenidən İstanbula qayıdıb. O, hazırda "Qalatasaray"ın düşərgəsindədir.
Qeyd edək ki, kolumbiyalı futbolçu bu ilin fevralından "sarı-qırmızılar"ın heyətində çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
1
0