Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu millinin baş məşqçisi Vinçentso Montella ilə bağlı mövqeyini açıqlayıb.
Apasport.az xəbər verir ki, federasiya rəhbəri italiyalı mütəxəssisə dəstək verəcəklərini bildirib.
Hacıosmanoğlu milli komandanın klub kimi idarə edilə bilməyəcəyini söyləyib:
“Baş məşqçimizə sahib çıxacağıq. Bura klub komandası deyil. Klublarda davamlılıq olmadığı üçün uğursuzluq gəlir. Buradan 15 futbolçunu göndərib yerinə 15 futbolçu, baş məşqçini göndərib yerinə baş məşqçi, prezidenti göndərib yerinə prezident ala bilməzsiniz. İki gündür məşqçi adları yazırlar. Biz yola çıxdıqlarımızı yolda tapdıqlarımıza dəyişmərik”.
O, milli komandanın gələcəyinə də toxunub:
“Unutmayaq ki, bizi buralara gətirən bu uşaqlardır. Çoxu gənc yaşdadır. Qarşıdakı turnirlərə də bizi bu uşaqlar aparacaq. Biz uşaqlarımıza dəstək olmalıyıq”.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda ilk iki oyunda Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabı ilə uduzub və qrupda qalması dəqiqləşib.