TFF “Fənərbaxça” və “Qalatasaray” futbolçularını cərimələyib
14.01.2026 - 22:14
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Fənərbaxça” və “Qalatasaray” futbolçularına verilən cəzaları açıqlayıb.
Apasport.az xəbər verir ki, “Fənərbaxça”nın müdafiəçisi Cayden Oostervolde 1 oyunluq diskvalifikasiya və 400 min TL məbləğində cərimə olunub.
Komandanın hücumçusu Con Duran isə 400 min TL cərimələnib.
“Qalatasaray”ın yarımmüdafiəçisi Mario Lemina da eyni məbləğdə - 400 min TL cərimə ilə üzləşib.
Qeyd edək ki, final qarşılaşması “Fənərbaxça”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
0
0