“Tottenhem” müdafiə xəttini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, London klubu “Brayton”un futbolçusu Yan-Pol van Hekke ilə maraqlanır.
“The Athletic”in məlumatına görə, “Tottenhem” 25 yaşlı mərkəz müdafiəçisi üçün ilk addımı atıb. Lakin “Brayton” London təmsilçisinin ilkin təklifini rədd edib.
Buna baxmayaraq, “Tottenhem”in baş məşqçisi Roberto De Zerbi niderlandlı futbolçunun transferində israrlıdır. London klubunun yaxın günlərdə yeni təkliflə "Brayton"un "qapısını döyəcəyi" bildirilir.
Qeyd edək ki, Yan-Pol van Hekke 2025/2026 mövsümündə “Brayton”un heyətində Premyer Liqada 36 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"