"Tottenhem" istədi, "Arsenal" nöqtəni qoydu
21.08.2025 - 14:16
Premyer Liqa təmsilçisi "Arsenal" "Kristal Pelas"ın futbolçusu Ebereçi Eze ilə razılığa gəlib.
Apasport.az xəbər verir ki, uzun müddətdir "Tottenhem"in yaxından maraqlandığı, hətta rəsmi təklif belə göndərdiyi ingiltərəli yarımmüdafiəçi öz seçimini "topçular"dan yana edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London təmsilçisi 27 yaşlı oyunçu üçün 60 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, Ebereçi Eze İngiltərə millisinin üzvüdür.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0