"Tottenhem" "Real"ın futbolçusu üçün 85 milyonu gözdən çıxarıb
21.11.2025 - 14:51
“Tottenhem” qış transfer pəncərəsində hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, London klubu “Real Madrid”in futbolçusu Roqriqo ilə yaxından maraqlanır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Tottenhem" Madrid təmsilçisində özünü xoşbəxt hiss etməyən braziliyalı vinger üçün 85 milyon avronu gözdən çıxarıb.
Bildirilir ki, 24 yaşlı futbolçu da Premyer Liqa klubuna keçidə müsbət yanaşır.
Qeyd edək ki, “Real Madrid” Roqriqonu 2019-cu ildə “Santos”dan 45 milyon avroya transfer edib.
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
- “Arsenal”da ciddi itki: 1 ay forma geyinə bilməyəcək
0
0