“Tottenhem”in sabiq üzvü Messinin komanda yoldaşı ola bilər
06.10.2025 - 22:07
“Tottenhem”in sabiq üzvü Messinin komanda yoldaşı ola bilər

Serxio Reqilon karyerasını ABŞ-də davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "İnter Mayami" ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

MLS təmsilçisi hazırda azad agent statusunda olan Reqilonla danışıqlar aparır.

28 yaşlı sol cinah müdafiəçisi özü də "İnter Mayami"yə keçməyə müsbət yanaşır.

Qeyd edək ki, Serxio Reqilonun son klubu "Tottenhem" olub.