“Trabzonspor” 19 yaşlı oyunçu üçün “Qalatasaray”a “yox” dedi
21.01.2026 - 19:48
“Trabzonspor” “Qalatasaray”ın Kristiano Ulay üçün göndərdiyi təklifi rədd edib.
Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Super Liqa klubu “sarı-qırmızılılar”ın yarımmüdafiəçi üçün 20 milyon avro + Ahmed Kutucu ilə etdiyi təklifi geri çevirib.
İddialara görə, Qara dəniz təmsilçisi 19 yaşlı oyunçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, “Trabzonspor” Ulayı mövsümün əvvəlində Fransanın “Bastiya” klubundan 5,5 milyon avro qarşılığında heyətinə qatıb.
0
0