"Trabzonspor" - "Fənərbaxça" matçının hakimi bəlli oldu
12.02.2026 - 14:33
Türkiyə Super Liqasının XXII turunda keçiriləcək “Trabzonspor” – “Beşiktaş” oyununun baş hakimi açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmanı Halil Umut Meler idarə edəcək. Görüş fevralın 14-də saat 21:00-da start götürəcək.
Qeyd edək ki, "Fənərbaxça" 49 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Aktivində 45 xalı olan "Trabzonspor" isə üçüncü sıradadır.
0
0