"Trabzonspor" Onananı komandada saxlamaq istəyir
08.10.2025 - 11:20
"Trabzonspor" Onananı komandada saxlamaq istəyir

Türkiyə Super Liqa təmsilçisi "Trabzonspor" mövsümün əvvəlində "Mançester Yunayted"dən icarəyə götürdüyü Andre Onananı komandada saxlamaq istəyir.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, Qara Dəniz təmsilçisinin baş məşqçisi Fatih Tekke 29 yaşlı qolkiperin çıxışını bəyənir və rəhbərliyə birdəfəlik transferi üçün məlumat verib.

"Trabzonspor" tez bir zamanda "qırmızı şeytanlar"la danışıqlar aparmağı planlaşdırır.

Qeyd edək ki, Kamerun millisinin üzvü olan Onana "Yunayted"ə 2023-cü ildə "İnter"dən 50,2 milyon avro qarşılığında transfer olunub.