“Trabzonspor” Türkiyə millisinin üzvünü heyətinə qatıb - RƏSMİ
30.01.2026 - 00:46
“Trabzonspor” hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Trabzon təmsilçisi “Konyaspor”un hücumçusu Umut Nayiri transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı forvardla 1,5+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm “Konyaspor”un heyətində keçirdiyi 21 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

0
0