“Trabzonspor”da ciddi itki
25.11.2025 - 10:53
“Trabzonspor” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Edin Visça zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqanın XIII turunda “Başakşəhər”lə matçda (4:3) ciddi xəsarət alan Visça əməliyyat olunacaq. Onun azı 5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
35 yaşlı futbolçu bu mövsüm Super Liqada 9 oyuna çıxıb.
0
0