“Trabzonspor”dan 4 transfer - Müqavilə detalları açıqlandı
01.07.2026 - 14:51
“Trabzonspor”dan 4 transfer - Müqavilə detalları açıqlandı

“Trabzonspor” heyətini dörd yeni futbolçu ilə gücləndirib.

Klub Thierry Darnel Karadeniz, Metehan Mimaroğlu, Melih Kabasakal və Samet Akaydının transferlərini rəsmən açıqlayıb.

"Bordo-mavililər" yeni transferlərlə bağlı müqavilələrin detallarını KAP-a (İctimaiyyəti Məlumatlandırma Platforması) təqdim edib.

Thierry Darnel Karadenizlə 5 illik müqavilə imzalanıb. Samet Akaydınla 2+1 illik razılaşma əldə olunub.

Metehan Mimaroğlu ilə 1+1 illik müqavilə bağlanıb. Melih Kabasakal isə “Qaziantep”dən transfer edilib. “Trabzonspor” bu keçid üçün qarşı tərəfə 22 milyon 500 min türk lirəsi ödəyəcək.