"Dünya çempionatının ilk oyununu izləmək üçün 1000 dollar ödəməzdim".
"Apasport"un məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Ölkə başçısı qiymətlərdən xəbərsiz olduğunu söyləyib:
"Biletlərin qiymətlərini bilmirdim. Əlbəttə ki, orada olmaq istərdim. Lakin o pulu verməzdim".
Xatırladaq ki, "Forbes" jurnalının yazdığına görə, FIFA tərəfindən 155 dollara satılan biletlərin qiyməti vasitəçi saytlarda 1000 dolları keçə bilər. FIFA-nın 8700 dollara satdığı final üçün ən bahalı biletlər üçüncü tərəf saytlarda 57 min dollara çata bilər.
Qeyd edək ki, FIFA Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”