"Turan Tovuz"dan ayrıldı - İsrail klubunda çıxış edəcək
12.09.2025 - 15:26
"Turan Tovuz"dan ayrıldı - İsrail klubunda çıxış edəcək

"Turan Tovuz"dan ayrılan Kauan Martins de Paulanın gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, müdafiəçi karyerasını İsraildə davam etdirəcək.

25 yaşlı futbolçu II Liqa komandalarından "Hapoel Akre" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kauan ötən mövsümün ikinci yarısını "Turan Tovuz"da keçirib. O, Premyer Liqa təmsilçisi ilə 15 rəsmi matçda çıxış edib.