Türk futbolçu “Bavariya”nı tərk edir
12.06.2025 - 15:59
Emirhan Demircan “Bavariya”nı tərk edəcək.
Apasport.az xəbər verir ki, türkiyəli futbolçu Münhen təmsilçisindən “Utrext”ə yollanacaq.
Bu barədə insayder Fabritso Romano məlumat yayıb.
“Bavariya” ilə müqaviləsi yenilənməyən gənc oyunçu yeni komandasına azad agent statusunda qoşulacaq. Tibbi yoxlanışdan uğurla keçən Emirhan “Utrext” ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, “Bavariya 2” komandası ilə bombardir olan futbolçu həmçinin 19 yaşlılardan ibarət Türkiyə millisinin şərəfini qoruyur.
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
0
0