Türkiyə Kuboku: “Beşiktaş” “Kocaelispor”la bacarmayıb
05.02.2026 - 22:52
Türkiyə Kuboku: “Beşiktaş” “Kocaelispor”la bacarmayıb

Türkiyə Kubokunda III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, C qrupunda “Beşiktaş” səfərdə “Kocaelispor”la üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-hrçə ilə yekunlaşıb.

Qeyd edək ki, C qrupuna 7 xalla “Beşiktaş” başçılıq edir. Aktivində 4 xal olan “Kocaelispor” isə dördüncü sırada qərarlaşıb.