
Ziraat Türkiyə Kubokunun 2-ci turunda "Osmaniyespor" və "Diyarbekirspor" komandaları üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, əlavə hissələrdə "Osmaniyespor" 1:0 öndə olarkən rəqib meydanı tərk edib.
“Osmaniyespor”un qazandığı fauldan sonra “Diyarbekirspor”un ehtiyat oyunçular skamyasından futbolçulara xəbərdarlıq edilib. Bundan sonra futbolçular soyunub-geyinmə otağına yollanıb.
“Osmaniyespor”un hakimə reaksiya verərək meydandan geri çəkilən “Diyarbekirspor” futbolçularını və texniki heyətini razı salmaq cəhdləri heç bir nəticə verməyib. Rəqibin meydandan çəkilməsindən sonra matç dayandırılıb.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?