Türkiyə millisinin üzvü A Seriyası klubunda qalacaq
10.02.2026 - 12:30
Türkiyə millisinin üzvü A Seriyası klubunda qalacaq

"Kalyari" "Beşiktaş"dan icarəyə götürdüyü Semih Kılıçsoyla bağlı qərar verib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli forvardın transfer hüquqlarına yiyələnəcək.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Klub Semih üçün 12 milyon avroluq satınalma bəndini işə salacaq. Bundan sonra 20 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, "Kalyari" Semih Kılıçsoyu mövsümün əvvəlində icarəyə götürüb. Türkiyə millisinin üzvü "qırmızı-mavilər"in heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol vurub.