Türkiyənin tanınmış klubu III Liqaya düşüb
19.12.2025 - 15:15
Türkiyənin “Yeni Malatyaspor” klubu cəzalandırılıb.
Apasport.az xəbər verir ki, bu mövsüm II Liqada ikinci dəfə bir oyuna çıxmayan Malatya təmsilçisi aşağı liqaya düşüb. Bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar verib.
“Yeni Malatyaspor” 2017-2022-ci illərdə Türkiyə Super Liqasında çıxış edib. Komanda 2018/19 mövsümündə liqada 5-ci olub və Avropa Liqasına vəsiqə qazanıb.
2023-cü ildə Malatyada baş verən güclü zəlzələ nəticəsində klubun infrastrukturu böyük zərər görüb. Bundan sonra maliyyə sıxıntıları da artan klub aşağı liqalara yuvarlanıb.
- İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzalayıb
- Eçeverrinin Almaniya macərası qısa çəkdi
- “Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır
- "Çelsi" və "Arsenal" "Yuventus"un ulduzu ilə danışıqlar aparır
- “Samsunspor” “Maynts”a uduzdu, KL-də günün nəticələri - YENİLƏNİB
0
0