UEFA “Fənərbaxça”nı cəzalandırıb
14.11.2025 - 14:58
UEFA Türkiyənin “Fənərbaxça”nı cəzalandırıb.
Apasport.az xəbər verir ki, qurum İstanbul təmsilçisini Avropa Liqasında “Viktoriya” ilə oyunda (1:1) azarkeşlərinin meydana yad əşya atması və təhqiredici şüarlarına görə 75500 avro cərimələyib.
“Fənərbaxça” eyni zamanda turnirdə növbəti səfər matçına bilet sata bilməyəcək.
İstanbul klubu Avropa Liqasında 4 turdan sonra 7 xalla 15-ci sıradadır.
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
- Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib
0
0